Burada sizin reklamınız ola bilər

Onlayn şahmat turniri keçiriləcək
26 May 2020 , 14:44

Onlayn şahmat turniri keçiriləcək


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Grand Master” şahmat klubunun təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş şahmatın blits növü üzrə onlayn turnir keçiriləcək.

 

Primetime.az xəbər verir ki, 9 turdan ibarət olan yarış İsveçrə sistemi üzrə təşkil ediləcək. Nəzarət vaxtı hər bir şahmatçı üçün oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir.

 

Turnir “Lichess.org” şahmat platforması vasitəsilə keçiriləcək.

 

Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR