Burada sizin reklamınız ola bilər

Bakıda 14 min manatlıq oğurluğun üstü açıldı
26 May 2020 , 17:47

Bakıda 14 min manatlıq oğurluğun üstü açıldı


Bakıda evdən oğurluq edənlər tutulub.

 

Bu barədə Primetime.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 17-də rayon ərazisindəki evlərin birindən 10 000 manat pul və 4 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş N.Salayev, T.Cəlilov və Ə.Əliyev saxlanılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR