Burada sizin reklamınız ola bilər

Bu il 16 ədəd tank əleyhinə mina zərərsizləşdirilib
26 May 2020 , 21:20

Bu il 16 ədəd tank əleyhinə mina zərərsizləşdirilib


Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 1 yanvar – 26 may 2020-ci il tarixlərində 128 siqnal (əməliyyat çağırışı) əsasında 114 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

 

Primetime.az xəbər verir ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilib.

 

339 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 16 ədəd tank əleyhinə mina və 6 569 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilib, 57 105 kv.m ərazi yerüstü və 7 666 kv.m ərazi yeraltı yoxlanılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR