Burada sizin reklamınız ola bilər

Bakıda avtomobil piyadanı vurdu
26 May 2020 , 21:37

Bakıda avtomobil piyadanı vurdu


Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

 

Primetime.az xəbər verir ki, hadisə Buta qəsəbəsində qeydə alınıb.

 

1957-ci il təvəllüdlü Babayeva Sədaqət Siyasət qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR