Burada sizin reklamınız ola bilər

Bakıda avtomobildən oğurluq edən şəxs ələ keçdi
27 May 2020 , 11:27

Bakıda avtomobildən oğurluq edən şəxs ələ keçdi


Bakıda qadının avtomobilindən oğurluq edilib. 

 

Primetime.az xəbər verir ki, hadisə mayın 21-i paytaxtın Nərimanov rayonu Azadlıq prospektində qeydə alınıb.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

 

Ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bünyadovaya məxsus “Kia” markalı avtomobildən şüşəni sındırmaqla 200 manat, eləcə də həmin məbləğ dəyərində eynəyi oğurlamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü A.Xələfov müəyyən olunaraq saxlanılıb. 

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR