Burada sizin reklamınız ola bilər

Şəmkirdə sərnişin sürücüyə xəsarət yetirib
27 May 2020 , 13:30

Şəmkirdə sərnişin sürücüyə xəsarət yetirib


Şəmkir rayonunda sürücüyə xəsarət yetirən şəxs tutulub.

 

Bu barədə Primetime.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, mayın 27-də Şəmkir şəhəri ərazisində Keçili kənd sakini P.Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs sürücüyə baş nahiyəsindən küt alətlə xəsarət yetirib onu avtomobildən düşürərək hadisə yerini tərk edib.

 

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini S.Məmmədli avtomobillə birgə Seyfəli kəndi ərazisində saxlanılıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR