Burada sizin reklamınız ola bilər

Azərbaycanlı aktyor koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
27 May 2020 , 16:03

Azərbaycanlı aktyor koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi


Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevdə pnevmoniya aşkarlanıb.

 

Primetime.az xəbər verir ki, bu barədə Unikal.org-a əməkdar artistin özü məlumat verib. 

 

O bildirib ki, hazırda xəstəxanada müalicə olunur:

 

“Qızdırma və öskürəyim olduğu üçün koronavirus testindən keçdim. Testin nəticəsi açıqlanana qədər nəfəs darlığım olduğu üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişəm. Mənə sətəlcəm olduğumu dedilər. Koronavirusla bağlı testin cavabını gözləyirəm. Ondan sonra vəziyyətim dəqiq bilinəcək”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR