Burada sizin reklamınız ola bilər

Bakıda itkin düşən şəxs asılmış vəziyyətdə tapıldı
27 May 2020 , 17:53

Bakıda itkin düşən şəxs asılmış vəziyyətdə tapıldı


Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki hərbi hissənin ərazisində intihar hadisəsi baş verib.

 

Bu barədə Primetime.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Mayın 26-da hərbi hissə üçün tikilən yeməkxananın damından 1993-cü il təvəllüdlü fəhlə Hüseyn Babayevin meyiti tapılıb. Gənc özünü elektrik naqili ilə asıb.

 

İstintaq zamanı müəyyən edilib ki, H. Babayev mayın 24-də itkin düşüb. O, 17:00 radələrində evdən çıxıb və o vaxtdan bəri heç kim onu ​​görməyib.

 

Faktla bağlı Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, H. Babayevin özünə qəsd etməsinin səbəbi dəqiqləşdirilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR