Burada sizin reklamınız ola bilər

Daşkəsəndə 5 yaşlı uşağı avtomobil vurub
27 May 2020 , 18:07

Daşkəsəndə 5 yaşlı uşağı avtomobil vurub


Daşkəsən rayonunda az yaşlı piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

 

Primetime.az xəbər verir ki, hadisə rayonun girişindəki bayraq meydanı ərazisində qeydə alınıb. 

 

Göygöl rayon sakini, 2015-ci il təvəllüdlü Yüsif Nurlan oğlu Atayev yolu qarşı tərəfə keçərkən "VAZ-21015" markalı avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan azyaşlı piyada xəstəxanaya yerləşdirilib. 

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR