Burada sizin reklamınız ola bilər

Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı
27 May 2020 , 18:33

Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı


Futzal üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin Polşa – Azərbaycan oyununun yeni tarixi açıqlanıb.

 

Primetime.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmış görüş UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, oktyabrın 23-də keçiriləcək.

 

Qarşılaşma aprelin 9-da olmalı idi. 

 

Həmçinin iyunun 5-nə planlaşdırılan Çexiya – Azərbaycan oyununun isə oktyabrın 27-də oynanılmasına qərar verilib.

 

Oyunların stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR