Burada sizin reklamınız ola bilər

Bakıda avtomobil maneəyə çırpıldı, xəsarət alanlar var
27 May 2020 , 22:17

Bakıda avtomobil maneəyə çırpıldı, xəsarət alanlar var


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat baş verib.

 

Primetime.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

 

Minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 1984-cü il təvəllüdlü Ağayev Rüstəm Təyyar oğlu və 1997-ci il təvəllüdlü Osmanova Elyanura Fəxri qızı xəsarət alıblar.

 

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlara bədənin küt travması, döş qəfəsinin əziyi diaqnozları qoyulub. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR