Burada sizin reklamınız ola bilər

Saatlıda sürücü yol qəzasında xəsarət aldı
27 May 2020 , 23:18

Saatlıda sürücü yol qəzasında xəsarət aldı


Saatlıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Primetime.az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Dədə Qorqud kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, 1977-ci il təvəllüdlü Zeynalov Ramin Böyükağa oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb. O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR