Burada sizin reklamınız ola bilər

Ağdaşda 1 tondan artıq çətənə bitkisi yandırılıb
28 May 2020 , 10:25

Ağdaşda 1 tondan artıq çətənə bitkisi yandırılıb


Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq, keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Nehrəxəlil və Pirəyir kəndləri ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətindən Primetime.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 58 kiloqram olan 7 138 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR