Burada sizin reklamınız ola bilər

Daha bir ölkədə
28 May 2020 , 12:46

Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu - RƏSMİ


"Formula 1" üzrə Niderland Qran-prisi baş tutmayacaq. 

 

Primerime.az "Formula 1"in rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Niderland tərəfi yarışın bu il keçirilməyəcəyini təsdiqləyib. 

 

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün startı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.

 

Niderlanddakı yarış 1 - 3 maya planlaşdırılırdı, lakin koronavirusa görə təxirə salınmışdı. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR