Burada sizin reklamınız ola bilər

Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu keçdi
30 May 2020 , 10:31

Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu keçdi


Dünyada koronavirus infeksiyasına yoluxan 366 809 nəfər ölüb.

 

Primetime.az xəbər verir ki, indiyədək 6 030 294 nəfərə COVID-19 diaqnozu qoyulub, 2 659 250 xəstə sağalıb.

 

Ən çox yoluxma halları ABŞ (1,793,530 ), Braziliya (468,338) və Rusiyada (387,623) qeydə alınıb. Hazırda dünyada 3,004,235 nəfər aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 735 nəfərin vəziyyəti ağırdır.

 

Təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada aşkar edilib. Bu qitədə 2 613 092 nəfərin virus daşıyıcısı olması təsdiqlənib. Son 24 saat ərzində infeksiyaya 56 647 yeni yoluxma qeydə alınıb.

 

Koronavirusun yaratdığı xəstəlikdən 151 212 nəfər ölüb. Avropada isə 2 102 574 insan COVID-19-a yoluxub, 178 378 nəfər pandemiyanın qurbanı olub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR