Burada sizin reklamınız ola bilər

Sumqayıtda yük maşınları toqquşdu
30 May 2020 , 10:40

Sumqayıtda yük maşınları toqquşdu - ölənlər var


Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində “DAF” və “KamAZ” markalı iki yük avtomobili toqquşub.

 

Primetime.az FHN-in saytına istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “KamAZ” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü Aslanov Asəf Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR