Burada sizin reklamınız ola bilər

Bakı polisi üç nəfərdən narkotik götürdü
30 May 2020 , 10:48

Bakı polisi üç nəfərdən narkotik götürdü


ətai rayon Polis İdarəsinin Post-Patrul Xidməti və 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 128-ci maddəsilə məhkum olunan, 1985-ci il təvəllüdlü Azər Məmmədov saxlanılıb.

 

Primetime.az xəbər verir ki, onun üzərinə baxış keçirilərkən 0,472 qram heroin aşkar edilərək götürülüb.

 

Bundan başqa, daxil olan əməliyyat məlumatı əsasında Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları rayon ərazisində əməliyyat həyata keçirib.

 

Belə ki, əməliyyat əsasında Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsilə məhkum olunan 1980-ci il təvəllüdlü Əfqan Ağayev və 1985-ci il təvəllüdlü Həmid Meybullayev saxlanılıb.

 

Üzərlərinə baxış keçirilərkən Ə.Ağayevdən 15, 530 qram, H.Meybullayevdən isə 0,168 qram heroin aşkar edilərək götürülüb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR