Burada sizin reklamınız ola bilər

Taxta bazarında yanğın olub
30 May 2020 , 10:56

Taxta bazarında yanğın olub


Bakı şəhərinin Nərimanov rayonunda yanğın baş verib.

 

Primetime.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb.

 

Taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR