Burada sizin reklamınız ola bilər

DOST mərkəzinin xidmətlərindən Qaradağ sakinləri də faydalanacaq
30 May 2020 , 11:04

DOST mərkəzinin xidmətlərindən Qaradağ sakinləri də faydalanacaq


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏSƏMN) DOST Agentliyinin 1 saylı Bakı DOST mərkəzinin xidməti ərazi üzrə fəaliyyət dairəsi genişləndirilir.

 

ƏƏSMN-dən Primetime.az-a verilən məıumata görə, hazırda Bakının Səbail və Yasamal rayonlarının əhalisinə xidmət göstərən 1 saylı mərkəzin Qaradağ rayonunu da əhatə etməsi üçün müvafiq hazırlıq işləri aparılır.

 

Yaxın aylarda bu işlər yekunlaşandan sonra artıq Qaradağ rayonunun sakinləri də 1 saylı DOST Mərkəzinin xidmətlərindən faydalana biləcək.

 

Qeyd edək ki, ötən ilin may ayından Bakıda 3 DOST mərkəzi yaradılıb və paytaxtın 7 rayonunun əhalisi DOST xidmətləri ilə əhatə olunub.

 

Bu mərkəzlərdə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində 132 növdə xidmət “bir pəncərə”dən təqdim edilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR