Burada sizin reklamınız ola bilər

Apreldə ölkəyə gələn xarici vətəndaşların sayı 91,7 faiz azalıb
30 May 2020 , 11:21

Apreldə ölkəyə gələn xarici vətəndaşların sayı 91,7 faiz azalıb


Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycana gələn turistlərin sayı azalıb.

 

Primetime.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

 

Onun sözlərinə görə, bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə edilir.

 

“Ötən illə müqayisədə apreldə Azərbaycana gələn xarici vətəndaşların sayı 91,7 faiz azalıb. Bu gözlənilən idi. Çünki dövlətlər sərhədlərini bağlayıb, gediş-gəliş dayanıb. Mayda da təxminən belə rəqəmlər gözlənilir”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR