Burada sizin reklamınız ola bilər

Su hovuzunda narkotik becərən Balakən sakini saxlanıldı
30 May 2020 , 11:39

Su hovuzunda narkotik becərən Balakən sakini saxlanıldı


Balakəndə su hovuzunda narkotik becərən rayon sakini saxlanılıb.

 

Primetime.az-ın məlumatına görə, Balakən Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

 

Keçirilmiş əməliyyat–axtarış tədbiri nəticəsində rayon sakini, 28 yaşlı Röyal Yetərov saxlanılıb. Onun Mahamalar kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman su hovuzunun içərisində xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 33 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Faktlarla bağlı RPŞ-də araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR