Burada sizin reklamınız ola bilər

Daha bir marşrutda “BakuBus”ın avtobusları işə başladı
30 May 2020 , 12:23

Daha bir marşrutda “BakuBus”ın avtobusları işə başladı


Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir.

 

Bakı Nəqliyyat Agentliyindən Primetime.az-a bildirilib ki, 11 nömrəli xətt üzrə sərnişinlərə ekoloji baxımdan təmiz, “Avro 6” standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstərilir. Dəyişiklik gündəlik 30 minədək sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verir.

 

Bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 35 olub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR