Burada sizin reklamınız ola bilər

Zakir Həsənov generalları topladı
30 May 2020 , 12:51

Zakir Həsənov generalları topladı - Müşavirə keçirdi


Mayın 30-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

 

Müdafiə Nazirliyindən Primetime.az-a verilən məlumata görə, nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz çıxışında ordu quruculuğu məsələsinə xüsusi önəm verməsi, ordumuzun istənilən vəzifəni icra edə biləcəyini vurğulaması Azərbaycan Ordusunun döyüş qabiliyyətinə verilən ən yüksək qiymətdir və bu, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini, eləcə də döyüş əzmini daha da artırıb.

 

Nazir bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının bu fikirləri ordunun komandir-rəis heyəti üçün əmrdir və şəxsi heyət torpaqlarımızın azad olunması məqsədilə düşmənə bütün istiqamətlərdə sarsıdıcı zərbələr endirməyə hazır olmalıdır. Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq.

 

Bir neçə gün əvvəl sona çatmış genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin nəticələrini yüksək qiymətləndirən Müdafiə naziri əsas diqqətin şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki tətbiqinə yönəldiyini qeyd edib. O, bildirib ki, təlimlərdə qoşunlar məqsədlərə tam nail olub, şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə və vərdişlər əldə edib, eləcə də səhra şəraitində yüksək bacarıq nümayiş etdirib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR