Burada sizin reklamınız ola bilər

Qərb rayonlarına yağış yağıb, Daşkəsənə dolu düşüb
30 May 2020 , 18:52

Qərb rayonlarına yağış yağıb, Daşkəsənə dolu düşüb - FOTO


Qərb bölgəsində ucqar kəndlərə yağış yağıb, dolu düşüb.

 

Primetime.az report-a istinadən xəbər verir ki, günorta saatlarından başlayaraq bölgənin bəzi ucqar kəndlərində yağıntılı hava şəraiti müşahidə edilir.

 

Güclü yağış sonradan bir neçə dəqiqə dolu ilə əvəz olunub. Dolu Daşkəsən, Göygöl, Gədəbəy rayonlarının ucqar kəndlərində meyvə ağaclarına və əkin sahələrinə zərər vurub.

 

Hazırda bölgənin bəzi rayonlarında yağıntılı hava şəraiti davam edir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR