Burada sizin reklamınız ola bilər

Diri-diri basdırılan uşaq torpağın altından çıxarıldı
30 May 2020 , 19:13

Diri-diri basdırılan uşaq torpağın altından çıxarıldı - VİDEO


Hindistanda diri-diri basdırıldığı iddia edilən uşaq torpağın altından çıxarılıb.

 

Primetime.az xəbər verir ki, hadisə Uttar Pradeş əyalətində baş verib. Belə ki, Sonaura qəsəbəsində ağlama səsi eşidən bir nəfər səsin gəldiyi istiqamətə getdiyi zaman basdırılmış uşaq tapıb. 

 

Torpağın altından çıxarılan körpə bir müddət hərəkətsiz qalsa da, daha sonra qolunu və ayağını tərpədib. Yaşadığı bildirilən körpə xəstəxanaya çatdırılaraq müalicə altına alınıb.

 

Qeyd edilib ki, qəsəbədə yaşayan bir qadın uşağı övladlığa götürəcək. 

 

Körpənin kim tərəfindən canlı halda basdırıldığı hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR