Burada sizin reklamınız ola bilər

Qazaxda azyaşlı avtomobil radiatoru üçün olan mayeni içərək zəhərlənib
30 May 2020 , 20:38

Qazaxda azyaşlı avtomobil radiatoru üçün olan mayeni içərək zəhərlənib


Qazax rayonunda azyaşlı kimyəvi maddədən zəhərlənib.

 

Primetime.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.

 

Kənd sakini, 2015-ci il təvəllüdlü Zahid Mehdizadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

 

Məlumata görə, 5 yaşlı uşaq avtomobil radiatoru üçün olan şaxta əleyhinə mayeni içərək zəhərlənib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR