Burada sizin reklamınız ola bilər

Nazirlikdən uşaqlarla bağlı təsirli VİDEOÇARX
01 İyun 2020 , 10:35

Nazirlikdən uşaqlarla bağlı təsirli VİDEOÇARX


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən uşaqlarla bağlı təsirli videoçarx hazırlanıb.

 

Nazirlikdən Primetime.az-a verilən məlumata görə, videoçarxda hər bir uşaq üçün valideynlərinin nə qədər qiymətli, dəyərli olduqları, valideyn doğmalığının əvəzsiz nemət olması elə uşaqların öz baxışı, öz dili ilə təqdim edilir.

 

Onlar bu barədə təbii təsəvvür və düşüncələrini bölüşürlər.

 

Uşaqların valideyn qayğısı ilə əhatə olunmasının onlar üçün nə qədər böyük dəyər və məna kəsb etdiyini nümayiş etdirən videoçarx övlada bağlılığın təbliği, uşaqların atılmasının qarşısının alınması istiqamətində maarifləndirmə məqsədi daşıyır.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR