Burada sizin reklamınız ola bilər

Ailəsi koronavirusa yoluxanlar qəbul imtahanına buraxılmayacaq
01 İyun 2020 , 12:09

Ailəsi koronavirusa yoluxanlar qəbul imtahanına buraxılmayacaq


"Bu il ali və orta ixtisas məktəbinə sənəd verməyən şəxslər yalnız attestat almaq üçün imtahanda iştirak etmək istəyirlərsə, onlara sentyabrda şans verilə bilər".

 

Primetime.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib.

 

“Sentyabr ayında həm 9, həm də 11-ci sinifin şagirdləri üçün buraxılış imtahanı keçiriləcək. Həmçinin ailəsində koronavirus infeksiyası aşkarlanan şəxslərə də sentyabrda buraxılış imtahanı vermək üçün şans yaradılacaq. Əgər həmin şəxslər ali məktəbə qəbul olunmaq istəyirlərsə, bu il onlar iştirak edə bilməyəcək. Çünki insan sağlamlığı hər şeydən vacibdir”.-deyə, o bildirib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR