Burada sizin reklamınız ola bilər

Vətəndaşların qəbulunun dayandırılması müddəti uzadılıb
01 İyun 2020 , 14:56

Vətəndaşların qəbulunun dayandırılması müddəti uzadılıb


Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi iyunun 15-dək fəaliyyətini dayandırıb.

 

Bu barədə Primetime.az-a nazirlikdən məlumat verilib. 

 

Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

 

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR