Burada sizin reklamınız ola bilər

“Qəbələ” çempion elan olundu, avrokuboka vəsiqə qazandı
02 İyun 2020 , 00:28

“Qəbələ” çempion elan olundu, avrokuboka vəsiqə qazandı


“Qəbələ”nin U-19 komandası AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi elan olunub.

 

Primetime.az xəbər verir ki, keçirdiyi 15 oyunda 33 xal toplamaqla yarışın lideri olan “qırmızı-qaralar” koronavirus pandemiyası üzündən dayandırılan və bərpa edilmədən başa çatdırılan mövsümün çempionu olub.

 

Bununla da “Qəbələ” UEFA-nın 19 yaşadək futbolçular arasında keçirdiyi avrokubok turnirinə - Gənclər Liqasına vəsiqə qazanıb.

 

Bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR