Burada sizin reklamınız ola bilər

İsmayıllıda itkin düşən gənc tapıldı
02 İyun 2020 , 09:11

İsmayıllıda itkin düşən gənc tapıldı


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 01 iyun 2020-ci il tarixində axşam saatlarında İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub.

 

Primetime.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

 

Nazirliyin Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti O.Süleymanovun axtarışlarına cəlb olunub.

 

O.Süleymanov Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR