Burada sizin reklamınız ola bilər

Mağazalardan araq oğurlayan keçmiş məhkum tutuldu
02 İyun 2020 , 10:00

Mağazalardan araq oğurlayan keçmiş məhkum tutuldu


Bakının Nəsimi rayonu Bülbül prospektində yerləşən "Grand" marketdən 102 manatlıq, "Bolmart"dan 68 manat dəyərində spirtli içki oğurlanıb.

 

Primetime.az-ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində marketlərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Kamil Həsənov saxlanılıb.

 

K.Həsənovun mayın 30-da saat 03:45-də Səməd Vurğun küçəsində yerləşən "Af Mall" ticarət mərkəzindən spirtli içki oğurlayarkən mühafizəçinin onu gördüyü və əlindəki içkiləri yerə atdığı bildirilir. Bu zaman içkilərdən birinin sındığı və onun ticarət mərkəzinə 329 manat ziyan vurduğu qeyd olunur.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR