Burada sizin reklamınız ola bilər

“Baklift-2”nin sabiq rəisinin cinayət işi baxışa təyin edildi
02 İyun 2020 , 10:39

“Baklift-2”nin sabiq rəisinin cinayət işi baxışa təyin edildi


Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Üzeyir Aslanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

 

Primetime.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrlik etdiyi iclasda anket mıəlulatları dəqiqləşdirilib.

 

Baxış iclası iyunun 10-na təyin edilib.

 

Qeyd edək ki, Ü.Aslanov barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham verilib.

 

Bundan əvvəl “Bakı Lift Təmir-2" İstehsalat Birliyinin sabiq rəisi Ruslan Dilanov, “Lifttəmir” İstehsalat Birliyində müxtəlif vəzifələrdə çalışmış Əhməd Hüseynov və “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Taryel Qasımov barəsində də eyni əmələ görə ittiham verilib və onların cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR