Burada sizin reklamınız ola bilər

Qarabağ icmasından kanadalı deputata etiraz
02 İyun 2020 , 12:07

Qarabağ icmasından kanadalı deputata etiraz


Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Kanada parlamentinin üzvü Reyçl Harderin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin nümayəndəsinə “təbrik məktubu” göndərməsini tənqid edib.

 

Primetime.az xəbər verir ki, T.Gəncəliyev Milli Məclisin bu gün keçirilən iclasında Kanada parlamentinin üzvlərinə etiraz məktubu göndərdiyini deyib.

 

Onun sözlərinə görə, Reyçl Harderin köməkçisi erməni mənşəlli Kanada vətəndaşıdır: “Çox böyük ehtimalla həmin köməkçi deputat Reyçl Harderi saxta məlumatlarla təmin edib. Yaxşı olardı ki, deputat belə məlumatları əldə etdikdən sonra onu dəqiqləşdirərdi. Münaqişə ilə bağlı məsələni öbyektiv şəkildə öyrəndikdən sonra addım atardı. Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR