Burada sizin reklamınız ola bilər

Masallıdakı qəza ilə bağlı rəsmi məlumat
02 İyun 2020 , 12:45

Masallıdakı qəza ilə bağlı rəsmi məlumat


Daxili İşlər Nazirliyi (DİN) Masallıda baş verən qəza ilə bağlı məlumat yayıb.

 

DİN-in mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, iyunun 2-də saat 2 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində Yardımlı rayon sakini Müşfiq Kərimov idarə etdiyi “Niva” markalı avtomobili körpüdən aşırıb.

 

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR