Burada sizin reklamınız ola bilər

Mədəniyyət Nazirliyi təkzib yaydı
02 İyun 2020 , 13:51

Mədəniyyət Nazirliyi təkzib yaydı


Son günlər bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun kitabxana sistemində çalışan işçilərin ixtisar ediləcəyi barədə məlumatlar yayılıb.

 

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Primetime.az-a bildirilib ki, bu məlumat həqiqəti əks etdirmir.

 

"Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəsmi məlumatına əsasən, Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalarda əməkdaşların ixtisar edilməsi nəzərdə tutulmayıb", - nazirlikdən qeyd olunub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR