Burada sizin reklamınız ola bilər

Rəşid Behbudovun ifa etdiyi daha bir mahnı oğurlandı
02 İyun 2020 , 15:12

Rəşid Behbudovun ifa etdiyi daha bir mahnı oğurlandı


Bu günlərdə Rəşid Behbudovun repertuarından Tofiq Quliyevin Rəsul Rzanın sözlərinə bəstələdiyi məşhur "Sənə də qalmaz" mahnısı alman musiqisi kimi təqdim olunub.

Mahnını sosial şəbəkədə paylaşan alban müğənnisi qeyd edib ki, guya onun müəllifi Edison Miso adlı alban bəstəkarıdır.
Rəşid Behbudovun qızı Rəşidə Rəşid isə cavabında qeyd edib ki, ermənilərlə yanaşı, digər millətin nümayəndələri də ya bilərəkdən ya da bilmədən bizim musiqimizi öz adlarına çıxırlar.

Bu gün bəlli olub ki, dahi Rəşid Behbudovun repertuarından daha bir musiqini "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnısını fars mənşəli Fereydoun Asraei adlı müğənni fars mahnısı kimi təqdim edib.

Primetime.az-ın məlumatına görə, Rəşid Behbudovun qızı olaya yenə sərt reaksiya
göstərib. O bildirib ki, Azərbaycan musiqisinə kütləvi hücumlar ardıcıl olaraq davam edir. Rəşidə Rəşid ictimaiyyətə və dövlət qurumlarına səslənib:
 

“Növbəti oğurluq qonşu İrandan gəldi. Fereydoun Asraei adlı müğənni "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnısını fars dilində ifa edərək, "Dooset daram" adı ilə əsəri fars mahnısı kimi təqdim edib. Eyni zamanda, kurd dilində subtitrlərlə bu mahnını YouTube kanalında yerləşdirib. Maraqlıdır ki, İran mənşəli bir çox kanallar bu mahnını fars mahnısı kimi sosial şəbəkələrdə geniş şəkildə paylaşaraq özününküləşdiriblər. Rəşid Behbudovun repertuarında ən gözəl xalq mahnılarımızdan olan "Küçələrə su səpmişəm" mahnısını müdafiə etmək hər birimizin borcudur! İctimaiyyəti bu haqqsızlıqlara son qoymaqda bizə dəstək olmağa çağırırıq!”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR