Burada sizin reklamınız ola bilər

Masallının prokuroru vəzifəsindən azad olundu
02 İyun 2020 , 16:21

Masallının prokuroru vəzifəsindən azad olundu


Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

 

Primetime.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün sosial şəbəkə hesabında məlumat yayıb.

 

O qeyd edib ki, həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı” ilə təltif edilib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR