Burada sizin reklamınız ola bilər

Monqolustanın Prezidenti Azərbaycan Prezidentini təbrik etdi
02 İyun 2020 , 16:31

Monqolustanın Prezidenti Azərbaycan Prezidentini təbrik etdi


Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Primetime.az xəbər verir ki, təbrikdə deyilir:

 

“Zati-aliləri, cənab Prezident.

 

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

 

Monqolustan ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin möhkəmlənməsində Sizinlə davamlı əməkdaşlıqdan məmnunluğumu bildirirəm. Sizə böyük məmnuniyyətlə məlumat verirəm ki, bu ilin yanvar ayında Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşümüz zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı apardığımız müzakirələrin nəticəsi olaraq bizim nümayəndə heyətimiz Bakıda uğurla işləyib. Dağ-mədən, kənd təsərrüfatı və yüngül sənaye sahələrində əməkdaşlıq və təcrübə mübadiləsinə dair danışıqlar müvəffəqiyyətlə davam edir. Cənab Prezident, əminəm ki, Siz bu səyləri dəstəkləməkdə davam edəcəksiniz.

 

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm”.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR