Burada sizin reklamınız ola bilər

Qazaxda top mərmisi aşkar edildi
03 İyun 2020 , 09:06

Qazaxda top mərmisi aşkar edildi


İyunun 2-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Çaylı kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

 

ANAMA-dan Primetime.az-a bildirilib ki, xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Qazax rayon Polis Şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) Qazax Regional Məntəqəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri və Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 85 mm-lik top mərmisi (O-365) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 60 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR