Burada sizin reklamınız ola bilər

9-cu sinif şagirdi çayda boğularaq öldü
03 İyun 2020 , 09:47

9-cu sinif şagirdi çayda boğularaq öldü


Cəlilabad rayonunda 16 yaşlı şəxs çayda boğulub.

 

Primetime.az xəbər verir ki, hadisə rayon ərazisindəki Göytəpə çayında baş verib.

 

Belə ki, rayonun Göytəpə şəhəri, M.Əzizbəyov küçəsində yaşayan, Göytəpə şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Şəbiyev İlqar Zülfüqar oğlu heyvan otaranda Göytəpə çayını keçmək istəyərkən çaya yıxılıb. Nəticədə İ.Şəbiyev boğularaq ölüb.

 

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR