Burada sizin reklamınız ola bilər

Ali Hərbi Məktəbdə dövlət imtahanları başlayıb
03 İyun 2020 , 10:10

Ali Hərbi Məktəbdə dövlət imtahanları başlayıb - VİDEO


Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilir.

 

Müdafiə Nazirliyindən Primetime.az-a verilən məlumata görə, 4 il müddətində hazırlıq keçən və təhsil alan kursantlar bilik və bacarıqlarını nümayiş etdirirlər.

 

Gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə müxtəlif ixtisaslar və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl-səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar verirlər.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR