Burada sizin reklamınız ola bilər

Rusiyadan yeni müalicə üsulu: Ağciyərlər şüa ilə dezinfeksiya edilir
03 İyun 2020 , 10:54

Rusiyadan yeni müalicə üsulu: Ağciyərlər şüa ilə dezinfeksiya edilir


Rusiyanın Dövlət Atom Enerji şirkıti "Rosatom"un koronavirusa qarşı yeni bir müalicə üsulu tətbiq etdiyi bildirilib.

 

Primetime.az xəbər verir ki, "Parlayan qaz" adı verilən üsul ilə ağciyərlər ultrabənövşəyi şüalarla dezinfeksiya edilir. Leypunks Fizika və Enerji İnstitutu müdiri Andrey Qverdovski açıqlamasında "bu layihəyə "parlayan qaz" adını verdik. İndiyək heç kim bir insanın içini ultrabənövşəyi şualarla dezinfeksiya etməyi bacarmayıb. Biz bunun necə ediləcəyini tapdıq" - deyə qeyd edib.

 

Bundan başqa Qoverdovski elm adamlarının nəfəs aldıqda aktiv qala bilən və ciyərlərə doğru ultrabənövşəyi şüanı əks etdirən molekul və qaz birləşmələrini müəyyən etdiklərini söyləyib. O, "bu üsulun koronavirusla yanaşı vərəm, onkoloji və başqa problemlərin həll olunmasına da kömək edəcəyinə ümid edirik" deyib.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR