Burada sizin reklamınız ola bilər

Abşerondakı bütün dəmir yolu stansiyalarında velosiped dayanacaqları olacaq
03 İyun 2020 , 11:18

Abşerondakı bütün dəmir yolu stansiyalarında velosiped dayanacaqları olacaq


Ekoloji cəhəddən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədi ilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.

 

Primetime.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin açıqlamasında bildirilir.

 

Məlumatda həmçinin deyilir ki, ADY-nin velosiped dayanacaqlarında parklanma ödənişsizdir. Hazırda Abşeron dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar quraşdırılıb. Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur.

 

Xatırladaq ki, 3 iyun – Ümumdünya Velosiped Günüdür.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR