Burada sizin reklamınız ola bilər

Xüsusi karantin rejimini pozan 5 nəfər saxlanıldı
03 İyun 2020 , 11:24

Xüsusi karantin rejimini pozan 5 nəfər saxlanıldı


Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyekt aşkarlanıb. 

 

Primetime.az-ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Nizami 187 ünvanlarında “Topaz” idman-mərc oyunları obyektinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. 

 

Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

 

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi – 1984-ci il təvüllüdlü Bəxtiyar Kərimov 1500 manat, digərləri 100 manat cərimə olunublar.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR