Burada sizin reklamınız ola bilər


03 İyun 2020 , 11:21

"Receb İvedik" işçisini koronavirusa yoluxmusan" deyərək işdən çıxardı


Türkiyənin məşhur aktyoru Şahan Gökbakar və qardaşı Togan Gökbakarın 2012-ci ildə birlikdə qurduğu "Çamaşırhane Film" şirkətində işləyən mühafizə xidməti əməkdaşı S.D. koronavirusa yoluxması səbəbi ilə işdən çıxarılıb.

 

Primetime.az xəbər verir ki, 33 yaşlı S.D. 19 mart tarixində qrip olub. Bakırköydəki dövlət xəstəxanasına gedərək müalicə olunan şəxs xəstəxananın iki gün hesabat verməsindən sonra evdə istirahət etməyə başlayıb. Lakin işə geri qayıdan S.D. film şirkətindən bağlı olduğu şirkətə geri göndərilib.

 

Səbəbini anlamayan gənc adam şirkət rəsmilərinin "sən koronavirusa yoluxmusan" sözləri qarşısında şoka düşüb. İşdən də çıxarıldığı məlum olan S.D. məsələ ilə bağlı prokurorluğa müraciət edərək həm bağlı olduğu şirkət, həm də "Çamaşırhane Film" ilə bağlı məhkəməyə şikayət ərizəsi verib.

 

Lakin çıxan xəbərlərdən sonra "Instagram" hesabında canlı yayım açan Şahan Gökbakar "Çamaşırhane Film" şirkətinin mühafizə xidməti əməkdaşlarını xüsusi bir təhlükəsizlik şirkətindən alırıq. Yəni başqa şirkət vasitəsilə təhlükəsizlik işçiləri ehtiyacımızı şirkət üzərindən qarşılayırıq. Bəs bu nə deməkdir? Təhlükəsizlik işçiləri bizim öz işçilərimiz siyahısında yer almır... Biz də müqavilə bağladığımız təhlükəsizlik şirkətindən asılı olaraq növbə ilə 3 və ya 4 təhlükəsizlik əməkdaşı işləyir. Kadrların işə gediş-gəlişi, iş yerindəki davranışı bağlı olduqları təhlükəsizlik şirkətinə aiddir. Sözügedən şəxs isə "Çamaşırhane Film" şirkətindən maaş almır,  bizim işçimiz deyil. Biz onların bağlı olduğu şirkətə xidmət haqqı ödəyirik. Onlar da bu maliyyə vəsaiti ilə təhlükəsizlik işçilərinə maaş verir" - deyə qeyd edib.

 

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR