Burada sizin reklamınız ola bilər

Mingəçevirdə silsilə oğurluq edən şəxs saxlanıldı
03 İyun 2020 , 11:58

Mingəçevirdə silsilə oğurluq edən şəxs saxlanıldı - FOTO


Mingəçevir Şəhər Polis Şöbəsinə daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə məxsus “VAZ-21011” və “VAZ-2102” markalı avtomobilləri qaçırmaqda, bir avtomobildən notbuk, təmir alətləri çantası və 6 nəfərə məxsus həyətyanı sahədən velosiped oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Elmin Rüstəmov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Primetime.az-a verilən məlumata görə, onun yaşadığı evə baxış keçirilən zaman heroin aşkar edilib.

 

Araşdırma zamanı məlum olub ki, E.Rüstəmov oğurladığı velosipedlərin bir neçəsini satıb, notbuk və bir neçə velosiped maddi sübut kimi götürülüb. Qaçırdığı avtomobillər isə yaşadığı evin yaxınlığında aşkar edilib.

 

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində E.Rüstəmov barəsində cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR