Burada sizin reklamınız ola bilər

““Keşikçidağ”da təxribat törədiləcəyi haqda məlumatlar əldə olunub”
04 İyun 2020 , 00:28

““Keşikçidağ”da təxribat törədiləcəyi haqda məlumatlar əldə olunub” - DSX


İyun ayının 4-də Azərbaycan - Gürcüstan dövlət sərhədində “Keşik­çidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat­lar əldə olunub.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Primetime.az-a verilən verilən məlumata görə, əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

 

Məlumatda qeyd olunub ki, Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaqdır və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR