Burada sizin reklamınız ola bilər

Qubada görkəmli ədib Həsən bəy Zərdabinin xatirə kompleksi yaradılıb
05 İyun 2020 , 10:57

Qubada görkəmli ədib Həsən bəy Zərdabinin xatirə kompleksi yaradılıb


Quba rayonunun Zərdabi qəsəbəsində görkəmli ədib Həsən bəy Zərdabinin adını daşıyan istirahət parkında yenidənqurma işləri aparılır.

 

Primetime.az xəbər verir, parkda Azərbaycanda milli mətbuatın banisi Həsən bəy Zərdabinin abidəsi ucaldılacaq. Artıq görkəmli ədibin xatirə kompleksinin tikintisi yekunlaşmaq üzrədir. İyunun 15-dək kompleksin mərkəzində postament üzərində 1,65 metr hündürlüyündə abidə qoyulacaq. Abidənin müəllifi heykəltəraş-rəssam Şıxəli Təhməzovdur.

 

Həsən bəy Zərdabi 1868-ci ildə Qubada məhkəmə katibi vəzifəsində işləyib. Onun adını daşıyan, 5 min nəfərdən çox əhalinin yaşadığı qəsəbə Qubanın ən böyük yaşayış məntəqələrindəndir.

 

3 hektar ərazisi olan parkda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar, dekorativ yaşıllıqlar, uşaq əyləncə mərkəzi, oyun meydançaları yaradılır. Parka səki daşları döşənib, idman sahələri salınır.

 

Tikinti işlərinin 22 iyul - Milli Mətbuat Günü ərəfəsində yekunlaşdırılması nəzərdə tutulub.

 

Parkın abadlaşdırılması ilə yanaşı, 2 kilometr uzunluğundakı qəsəbədaxili yolun asfaltlanması da həyata keçirilib. Zərdabi qəsəbəsində 850 şagird yerlik yeni məktəb binasının inşasına da başlanılıb. Üçmərtəbəli məktəb binasının tikintisinin növbəti tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR