Burada sizin reklamınız ola bilər

Xalq artisti vəfat etdi
05 İyun 2020 , 19:34

Xalq artisti vəfat etdi - FOTO


Rusiyanın xalq artisti Mixail Kokşenov dünyasını dəyişib.


Primetime.az xəbər verir ki, 83 yaşlı aktyorun ölüm xəbərini keçmiş həyat yoldaşı təsdiq edib. Onun dəfni ilə bağlı məlumat yoxdur. 


Qeyd edək ki, M.Kokşenov 1936-cı il sentyabrın 16-da Moskvada anadan olub. İlk dəfə kinoda 1957-ci ildə “Hündürlük” filmində debüt edib. Ümumilikdə 130-dan çox rol oynayıb, onlardan ən məşhurları – “Jenya, Jenyeçka və “Katyuşa”da Zaxar Kosoy, “Dauriya”da Fedot Muratov, “Sportloto -82”də Stepan, “Ən cazibədar və cəlbedici”də Lyoşa Pryaxindir. O, həmçinin rejissor kimi də çalışıb.

Burada sizin reklamınız ola bilər

SİZƏ MARAQLI OLA BİLƏR